Tarix: 27-02-2018 | Saat: 15:41
Bölmə:Karusel / Dünya / Qarabağ | çapa göndər
Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar Moldovanın "Tribuna" xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun məqaləsi dərc olunub.
"Qarabaginfo" " Apa.az"a istinadən xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yer üzündən silməsi, mülki əhalini, o cümlədən uşaq, qadın və qocaları amansızlıqla qətlə yetirməsi və erməni quldurların azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən bəhs olunur.
Məqalədə qeyd olunub ki, 26 il olanları həm siyasi-strateji, həm mənəvi-etik nöqteyi-nəzərdən qiymətləndirmək, bütün sülhsevər dairələr ilə birgə perspektivdə bu dəhşətli faciədən nəticələr çıxartmaq, o cümlədən aqressiya aktlarının, soyqırımın və insaniyyətsizliyin qarşını almaq üçün yetərli müddətdir.
Dağlıq Qarabağ münaqişənin həllinə toxunan səfir, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə həll olunması istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan səyləri vurğulayıb. Bundan əlavə, məqalədə 1990-ci illərdə 1 milyon azərbaycanlının öz doğma tarixi torpaqlarından qovulması, Azərbaycanın erməni təcavüzkar ölkə tərəfindən iyirmi faiz ərazisinin işğalı, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul olunması və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsi barədə danışılır.
Eyni zamanda, müəllif Azərbaycanda hökm sürən mədəniyyətlər arası həmrəylik, milli-mənəvi və dini tolerantlıq, xalqımızın tərəfdaşlıq və dostluq ənənələrinə sadiqliyini və ölkəmizin dünyada təhlükəsizlik və sülh naminə prinsipial mövqeyini vurğulayaraq, Xocalı soyqırımına beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymətin verilməsinin və bu cinayətin təşkilatçılarının cəzalandırılmasının vacibliyini bildirib.
Digər xəbərlər