Bakıda həbsdə yatmış erməni general Xankəndi ilə birbaşa danışıqlardan dəm vurdu...
Tarix: 03-07-2023 | Saat: 14:31
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1327 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-07-2023 | Saat: 14:31
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Stepanakertlə Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı inam yaratmağa çalışmaq lazımdır”.
Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Xankəndindəki qondarma və qanunsuz “Vahid Vətən” “partiya”sının sədri Samvel Babayan Amerikanın “Azadlıq” radiosunun erməni bürosunun(“Azatutyun”) efirində bildirib.
“Stepanakertlə Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı etimad yaratmağa çalışmaq, müxtəlif bəsit məsələlərdə razılığa gəlmək, insanların sakit və normal yaşaması lazımdır. Bundan sonra ikinci mərhələyə keçək: status və digər məsələlər.
Əgər qarşılıqlı etimad yoxdursa, sizi əmin edirəm ki, biz 30 ildir danışıqlar aparmışıq və heç nəyə nail olmamışıq, bundan sonra daha 30 il də danışıqlar aparsaq, yenə də heç nə əldə etməyəcəyik. Azərbaycan Rusiyanı buradan nə qədər sıxışdırıb, çıxarsa da, məqsədi bizimlə qarşılıqlı inam yaratmaq olmasa, uğur qazana bilməz.
Bakının məqsədi ondan ibarətdir ki, bizim bir-birimizlə dərhal ikitərəfli əlaqələrimiz olsun. Mən Artsaxın 2-ci siyasi gücü olaraq bunun əleyhinə deyiləm. Amma ilk növbədə hansı məqamlarda danışıqlar aparacağımızla bağlı sənədi formalaşdırmalıyıq, sonra qalan məsələlərə keçməliyik”, - deyə separatçı siyasətçi əlavə edib.
Xatırladaq ki, 1990-cı illərdə Qarabağdakı separatçı-terrorçu rejimin “baş komandanı” və ilk "müdafiə naziri" olmuş general Samvel Babayan 1994-cü ildə Bişkekdə Rusiyanın patronajlığıyla keçirilmiş danışıqlarda Azərbaycanla atəşkəs razılaşmasına imza atıb. Bundan öncə o, 1991-ci ildə sovet ordusunun Azərbaycan polisi ilə birg keçirdiyi "Həlqə" adlı pasport rejimi əməliyyatları zamanı həbs edilərək Bakıya gətirilib və 6 aydan çox həbsdə qaldıqdan sonra buraxılıb...
Xəbəri paylaş
Digər xəbərlər
10-09-2022, 15:19
Yağışdan sonra 168 avtobus tıxaca DÜŞDÜ
20-09-2022, 12:55
Balıq ovlayan şəxslər dövlət qurumunun qayığını yandırdılar
10-05-2022, 08:11
REAL FM radiosu əsas yayıma çıxıb
23-06-2022, 19:48
“Eurovision 2023” Ukraynada baş tutmayacaq- AYB təsdiqlədi
28-06-2022, 11:14
Zəngəzur dəhlizi Türk dünyası üçün uğurlu olacaq - SPİKER
9-12-2021, 07:21
Saakaşvili məhkəmədə iştirak edə bilməyəcəyini bildirib
11-04-2024, 10:31
“Telegram”ın aylıq auditoriyası 900 milyon nəfərə çatıb
19-09-2025, 08:41
Fransada kütləvi etirazlar zamanı 300-dən çox şəxs saxlanılıb
















