Saytımızı qiymətləndirin


 
 

Fernandu Santuş: "Ronaldunun Azərbaycana getməsinin mənası yoxdur"
Tarix: 02-09-2021 | Saat: 11:38
Bölmə:Karusel / İdman | çapa göndər

Fernandu Santuş: Ronaldunun Azərbaycana getməsinin mənası yoxdur

"Kriştianu Ronaldunun bizimlə gedim-getməyəcəyinə qərar verəcəyik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

67 yaşlı mütəxəssis sarı vərəqə aldğı üçün cəzalı duruma düşən 36 yaşlı hücumçunun durumu haqqında danışıb: "24, 25 oyunçumuz var. Ronaldu Azərbaycana səfər etməyəcək, bunun mənası yoxdur. Qətərlə yoldaşlıq oyunu üçün Macarıstana 3 saatlıq səfərimiz olacaq. Qarşılaşmadan sonra isə 3,5 saata Azərbaycana çatacağıq".

Qeyd edək ki, sentyabrın 4-də Qətərlə yoldaşlıq matçında qarşılaşacaq Portuqaliya seçməsi sentyabrın 7-də Azərbaycan millisinin qonağı olacaq. Ronaldu cəzalı olduğu üçün Azərbaycan yığması ilə görüşü buraxacaq.



Xəbəri paylaş

296 dəfə oxunub.

Digər xəbərlər