Tarix: 14-10-2025 | Saat: 16:55
Bölmə:Karusel / Dünya | çapa göndər
Monteneqro 2028-ci ilə qədər Avropa İttifaqına qoşula bilər.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Monteneqronun Baç naziri Milojko Spajiklə birgə mətbuat konfransında deyib.
“Mən bilirəm ki, siz 2028-ci ilə qədər Aİ üzvü olmaq istəyirsiz. Bu ambisiyalı bir mövqedir, amma biz ambisiyanı sevirik. Monteneqro fokuslanmış və həmrəy vəziyyətdə qalsa, bu məqsədinə nail ola bilər” Avropa Komissiyasının prezidenti bildirib.
Ursula von der Leyen həm də Monteneqronun “Vahid Avro Ödəniş Sahəsi”nə daxil olmasını alqışlayıb.
“Hər dəfə bura gələndə elə hiss edirəm ki, Avropanın ürəyi Monteneqroda döyünür” von der Leyen hisslərini ifadə edib.
Qeyd edək ki, Monteneqro Aİ üzvlüyü üçün 2008-ci ildə müraciət edib.
2012-ci ildə isə bu məqsədlə Aİ ilə danışıqlara başlayıb.
Digər xəbərlər