Tarix: 14-10-2025 | Saat: 13:45
Bölmə:Karusel / Region | çapa göndər
Bir daha deyirəm, razılaşma belədir: Ermənistan və Azərbaycan bir-birləri üçün nəqliyyat infrastrukturunu, bütün infrastrukturu açırlar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanın cənubundan keçən dəmir yolu hissəsinə "TRIPP" adı veriləcək. Nazir diqqətə çatdırıb ki, “TRIPP” marşrutu bır sıra prinsiplərə malikdir: “Bu prinsiplər yaxşı məlumdur, amma yenə təkrar edirəm: Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, ölkələrin ərazilərindəki infrastrukturlara dair yurisdiksiyası və qarşılıqlılıq. Bir daha vurğulayıram ki, bu, “TRIPP” də daxil olmaqla, bütün kommunikasiyaların açılmasına aiddir”.
XİN rəhbəri qeyd edib ki, “TRIPP”in Ermənistan hissəsinin texniki təfərrüatları Ermənistan və ABŞ tərəfindən razılaşdırılmalıdır: “8 avqustdan sonra biz və ABŞ artıq səy göstəririk və bu da gündəlik işimizdir. Hər şey razılaşdırıldıqda, bu şərtləri dərc edəcəyik. Bu dəmir yolunun tikintisi və istismarı üçün erməni-amerikan birgə müəssisəsi yaradılacaq.
Bir daha vurğulayıram: indiyə qədər razılaşdırılanlar dərc olunub və bu barədə Vaşinqton Bəyannaməsində oxuya bilərsiniz. Qalanları ABŞ və Ermənistan müzakirə edib aydınlaşdıracaq”.
Digər xəbərlər