Ana Sayfa > Karusel / Qarabağ > Bakıda həbsdə yatmış erməni general Xankəndi ilə birbaşa danışıqlardan dəm vurdu...

Bakıda həbsdə yatmış erməni general Xankəndi ilə birbaşa danışıqlardan dəm vurdu...


3-07-2023, 14:31. Yazar: Admin
Bakıda həbsdə yatmış erməni general Xankəndi ilə birbaşa danışıqlardan dəm vurdu...
“Stepanakertlə Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı inam yaratmağa çalışmaq lazımdır”.
Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Xankəndindəki qondarma və qanunsuz “Vahid Vətən” “partiya”sının sədri Samvel Babayan Amerikanın “Azadlıq” radiosunun erməni bürosunun(“Azatutyun”) efirində bildirib.
 
“Stepanakertlə Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı etimad yaratmağa çalışmaq, müxtəlif bəsit məsələlərdə razılığa gəlmək, insanların sakit və normal yaşaması lazımdır. Bundan sonra ikinci mərhələyə keçək: status və digər məsələlər.
Əgər qarşılıqlı etimad yoxdursa, sizi əmin edirəm ki, biz 30 ildir danışıqlar aparmışıq və heç nəyə nail olmamışıq, bundan sonra daha 30 il də danışıqlar aparsaq, yenə də heç nə əldə etməyəcəyik. Azərbaycan Rusiyanı buradan nə qədər sıxışdırıb, çıxarsa da, məqsədi  bizimlə qarşılıqlı inam yaratmaq olmasa, uğur qazana bilməz.
Bakının məqsədi ondan ibarətdir ki, bizim bir-birimizlə dərhal ikitərəfli əlaqələrimiz olsun. Mən Artsaxın 2-ci siyasi gücü olaraq bunun əleyhinə deyiləm. Amma ilk növbədə hansı məqamlarda danışıqlar aparacağımızla bağlı sənədi formalaşdırmalıyıq, sonra qalan məsələlərə keçməliyik”, - deyə separatçı siyasətçi əlavə edib.
 
Xatırladaq ki, 1990-cı illərdə Qarabağdakı separatçı-terrorçu rejimin “baş komandanı” və ilk "müdafiə naziri" olmuş general  Samvel Babayan 1994-cü ildə Bişkekdə Rusiyanın patronajlığıyla keçirilmiş danışıqlarda Azərbaycanla atəşkəs razılaşmasına imza atıb. Bundan öncə o, 1991-ci ildə sovet ordusunun Azərbaycan polisi ilə birg keçirdiyi "Həlqə" adlı pasport rejimi əməliyyatları zamanı həbs edilərək Bakıya gətirilib və 6 aydan çox həbsdə qaldıqdan sonra buraxılıb...

Geri dön