Saytımızı qiymətləndirin


 
 

Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə telefon danışığı aparıb
Tarix: 28-06-2023 | Saat: 18:25
Bölmə:Karusel / Region | çapa göndər

Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə telefon danışığı aparıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və beynəlxalq vəziyyət müzakirə edilib.

"Bu gün Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, diviziya generalı Məhəmməd Baqiri arasında telefon danışığı olub. İkitərəfli münasibətlərin aktual məsələləri, hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sahəsində dialoqu dərinləşdirmək və təmasları inkişaf etdirmək niyyətini təsdiqləyiblər”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər