Moskvadan Xankəndinə yeni göstəriş gəldi... -"Arayiklə Rubenin heç bir fikir ayrılığı yoxdur...”
Tarix: 18-01-2023 | Saat: 10:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1144 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-01-2023 | Saat: 10:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Görünür, Ukrayna bataqlığında boğulmaqda olan Kreml xuntası Qafqazdakı saman çöpündən – Ruben Vardanyandan var gücü ilə yapışıb. Odur ki, Putinin milyarder “ desant”ından tezliklə qurtula biləcəyimizə arxayın olmayaq...”
Azərbaycanın eko-fəallarının Laçın-Şuşa-Xankəndi yolundakı 40 günə yaxın davam edən məlum aksiyası və dövlət rəhbərliyindən verilmən mesajlar Qarabağdakı hayk xuntasının planlarında xeyli dəyişiklik edilməsinə səbəb olub.
Moderator.az xəbər verir ki, “Hraparak” qəzeti Kremldən Qarabağda Azərbaycan Respublikasının suverenliyinə qarşı fəaliyyət göstərən hayk əlaltılarına yeni göstərişlər gəlməsi haqda məlumatlar əldə edib.
Nəşrin Xankəndindəki separatçı-terrorçu rejim hakimiyyətinə yaxın mənbəyi son hadisələrin bəzi təfərrüatlarını çatdırıb.
Məlumatda deyildiyinə görə, bir müddət əvvəl hakim çoxluqla söhbətlərində üzdəniraq "prezident" Arayik Arutyunyan dəfələrlə bəyan edib ki, son aylarda Qarabağda "yeni vəziyyət yaranıb və siyasi qüvvələrin birləşməsi və hökumətin tərkibi hökm sürən əhval-ruhiyyəni əks etdirmir və xalqın fikirlərini nəzərə alaraq yeni hökumət və parlament formalaşdırmaq lazımdır ki, bunu da yeni seçkilərlə etmək mümkündür. Arutyunyan özü bir daha əmin edib ki, seçkilərdə(qanunsuz-S.L.) iştirak etməyəcək və hesab edir ki, seçkilərdə(qanunsuz-S.L.) yenilər, gənclər iştirak edib hökuməti formalaşdırmalıdır. Amma fakt budur ki, hazırda Ruben Vardanyan növbədənkənar seçkilərdə iştirak edə bilmir və seçkilər keçiriləcəyi halda istefalar nəticəsində Arayik Arutyunyan getməli olacaq".
Bildirilir ki, əvvəlcə separatçı liderlər "yeni seçkilər təşkil edə biləcəklərini və vəziyyəti sakitləşdirəcəklərini düşünürmüşlər". Lakin qondarma "parlament" sədrinin bəyanatından sonra “mövzu genişlənib və digər şəxslər - Artsaxın, Ermənistanın keçmiş prezidentləri və ən əsası Rusiya hakimiyyəti prosesə müdaxilə etməyə başlayıb".
"Hraparak"ın Xankəndindəki mənbəsinin bildirdiyinə görə, ən həlledicisi Rusiyadan gələn göstəriş olub.
Separatçı-terrorçu rejim rəhbərliyinə bildirilib ki, “sülhməramlı”lar "seçki"lərin “dinc və təhlükəsiz gedişini təmin edə bilmirlər, ona görə də onları belə addımdan çəkinməyə çağırıblar”. Bundan sonra geri addım atılıb, yəni "seçki" keçirməmək qərarı verilib.
"Mənbəmiz əmin edib ki, Arayik Arutyunyanla Ruben Vardanyan arasında heç bir fikir ayrılığı yoxdur. Sonuncu(R.Vardanyan-S.L.) isə işinin bəhrəsini verəcəyinə ümid edərək böyük həvəs və inamla işləyir"- deyə sonda erməni nəşri yazır.
P.S. Görünür, Ukrayna bataqlığında boğulmaqda olan Kreml xuntası Qafqazdakı saman çöpündən – Ruben Vardanyandan var gücü ilə yapışıb. Odur ki, Putinin milyarder “ desant”ından tezliklə qurtula biləcəyimizə arxayın olmayaq. Onu vaxtında rədd etmək lazım idi...
Xəbəri paylaş
Digər xəbərlər
11-05-2024, 21:28
İsrail ordusu: Rafahda genişmiqyaslı əməliyyat planında qərarlıyıq
22-12-2018, 13:07
Arzu Əliyeva “Miras”ın təqdimatında +FOTO
19-04-2018, 12:59
11 min manatlıq Fərmandan nə qədər ailə yararlanacaq? - Hadı Rəcəbli rəqəmi AÇIQLADI
23-06-2024, 20:48
ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir –Netanyahu
21-04-2022, 14:13
Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi
9-12-2020, 12:05
Zəfər paradının aparıcısı bəlli oldu
28-05-2022, 13:32
Müdafiə Nazirliyinin keçmiş baş zabiti HƏBS EDİLDİ
5-09-2023, 14:02
Ərdoğan Putinin istirahətlə bağlı dəvətinə nə cavab verib...
30-12-2020, 11:23
Azərbaycanda 7 taksi sürücüsü həbs edildi
15-07-2021, 12:56
Hande Harmancı: "Hökumətə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verməmişik"