Saytımızı qiymətləndirin


 
 

Putin mənim üçün hərbi cinayətkar deyil - Orban
Tarix: 27-06-2023 | Saat: 14:24
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Putin mənim üçün hərbi cinayətkar deyil - Orban

 

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putin haqqında diqqətçəkən fikirlər səsləndirib.

 

Qarabaginfo.az TASS-a istindən xəbər verir ki, baş nazir Putin barəsində düşüncələrindən söz açıb və onun cinayətkar olmadığını bildirib.

 

"Şəxsən mənim üçün Vladimir Putin hərbi cinayətkar deyil", - o qeyd edib.

 

"Avropa İttifaqı nə Rusiyanı sanksiyalarla diz çökdürə bildi, nə də Ukraynada sülhə nail ola bildi. Fiasko Qərblə Ukrayna arasında əməkdaşlığın necə baş verməsidir. Ukrayna artıq suveren dövlət deyil, sülhün əldə olunması ondan yox, ABŞ-dan asılıdır", - Orban iddia edib.

 

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya liderinin hərbi cinayətkar kimi həbsinə qərar verib. Sözügedən qərara qarşı çıxan ölkələrdən biri məhz Macarıstandır. Serbiya ilə yanaşı, Macarıstan da Avropada Rusiyayönümlü hökumətə malik ölkə kimi tanınır.(modern.az)



Xəbəri paylaş

1155 dəfə oxunub.

Digər xəbərlər
22-02-2023, 14:30 Livanda da zəlzələ oldu