Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-da işgüzar səfərdədir.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadənin sözlərinə görə, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tututulub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.