Saytımızı qiymətləndirin


 
 

“Bəhram fit çalır, Murad Dadaşov düşüncələrə qərq olub, Vado da...” – Deputatdan tənqid
Tarix: 21-06-2023 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bəhram fit çalır, Murad Dadaşov düşüncələrə qərq olub, Vado da...” – Deputatdan tənqid

“Space TV-nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda itiham olunaraq həbs olunan İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görsənir ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib. O, Space TV-dəki islahatlara münasibət bildirərkən fikirlərini belə davam etdirib:

“Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq. Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə (rusca ljenauka) üstünlük verdi. 

Yəqin ki, yaxın günlərdə İlham Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək.

Belə adamları danışdırmaqdansa cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır. 

Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız məsələ sizin üçün də aydın olar. 

Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar”.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər