Saytımızı qiymətləndirin


 
 

“Neftçi”nin yeni baş məşqçisindən ilk açıqlama
Tarix: 11-07-2023 | Saat: 15:15
Bölmə:Karusel | çapa göndər

“Neftçi”nin yeni baş məşqçisindən ilk açıqlama

 


“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu klubun saytına açıqlamasında deyib. 

Bakı təmsilçisi ilə 2 illik müqavilə imzalayan rumıniyalı mütəxəssis məqsədi haqda da danışıb: "Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

Qeyd edək ki, "Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib. 



Xəbəri paylaş

81 dəfə oxunub.

Digər xəbərlər