Saytımızı qiymətləndirin


 
 

Paşinyan müharibəni dayandırmaq üçün Putindən nə xahiş edib...
Tarix: 20-06-2023 | Saat: 11:44
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan müharibəni dayandırmaq üçün Putindən nə xahiş edib...

 

"13 oktyabr 2020-ci ildə mən Rusiya prezidentindən birbaşa suala cavab verməsini xahiş etdim: Müharibəni dayandırmaq üçün nə etməliyəm?".

 

Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

 

"Oktyabrın 16-da Putinlə eyni məsələni daha ətraflı müzakirə etdik və o, belə bir fikri bildirdi ki, biz Qarabağın statusunu dəqiqləşdirmədən, təbii ki, 5 rayonun qaytarılması ilə bağlı söhbətə başlamağa cəhd edə bilərik. Biz Putinlə razılaşdıq ki, komandalar bu ideyanı təkmilləşdirmək üçün işə başlasınlar", - o bildirib.

 

"Oktyabrın 17-də Makron təşəbbüs göstərdi və mənə bildirdi ki, Əliyev oktyabrın 18-də gecə yarısı atəşkəslə heç bir şərt olmadan razılaşıb. Təbii ki, razılaşdım. Bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan oktyabrın 17-də axşam saatlarında dərc olunmuş və gecə yarısından etibarən humanitar atəşkəsin yaradıldığını bildirən bəyanatla razılaşdılar. Biz bu bəyanatı dərc etməzdən əvvəl rusiyalı tərəfdaşlarımızla müzakirə etdik və onlar bəyanatı müsbət qarşıladılar. Bununla belə, müharibəni dayandırmaq üçün gün ərzində mümkün olan diplomatik səylərimizi göstərsək də, atəş bir dəqiqə belə kəsilmədi", - Baş nazir əlavə edib.

 

Ermənistan baş nazirinin sözlərinə görə, təmas xəttinin hər iki tərəfində Rusiya hərbi müşahidəçilərinin yerləşdirilməsi imkanları nəzərdən keçirilsə də, Azərbaycan bununla razılaşmayıb.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər