Tarix: 15-05-2022 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Qərb Ukraynanın sərhədlərinin dəyişməsini tanımaq istəmir, Serbiyanın sərhədlərini yenidən cızır”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Prva” telekanalına müsahibəsində bildirib.
Aleksandr Vuçiç bildirib ki, Qərb Kosovanın müstəqilliyinin tanınmasında təkid edir: “Onlar deyirlər ki, heç vaxt Ukraynanın sərhədlərinin bir addım belə dəyişməsini qəbul etməyəcəklər. Ancaq bununla bərabər, Serbiyanın suverenliyinin pozulmasında iştirak edir, Kosova barədə “Avropanın ürəyi” və ayrıca ölkə kimi danışırlar. Siz bizim ərazi bütövlüyümüzdən imtina edəcəyimizi necə gözləyə bilərsiniz? Cəfəngiyyat danışdığınızı və nə qədər ikiüzlü olduğunuzu özünüz düşünün. Hədələr məni narahat etmir. Əgər mən sabah ölsəm, tikilmiş dəmir yolları, xəstəxanalar, həmçinin müstəqil siyasət yürüdən Serbiya qalacaq. Heç kim bunu inkar edə bilməz”.
Digər xəbərlər