Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisi Estoniya ilə heç-heçə edib
Tarix: 17-06-2023 | Saat: 21:55
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan millisi Estoniya ilə heç-heçə edib

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

Qarabaginfo.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb.
“Dalğa Arena”dakı qarşılaşma autsayderlərin dueli sayılırdı.
Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib.
İlk hissədə zəif təsir bağışlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib.
Künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.
Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi
III tur, F qrupu
17 iyun
20:00. Azərbaycan – Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı. “Dalğa Arena”



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 10:10 Bürclər- 5 fevral