Saytımızı qiymətləndirin


 
 

ABŞ kəşfiyyat təyyarəsi Rusiyanın cəmi 35 kilometrliyindən uçub
Tarix: 10-11-2021 | Saat: 13:26
Bölmə:Karusel / Dünya | çapa göndər

103
Bu gün10 Noyabr 2021, 11:48

ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasından havaya qalxan E-8C kəşfiyyat təyyarəsi Rusiya sərhədlərinin cəmi 35 kilometrliyindən uçub.

Bu haqda Rusiya Müdafiə Nazirliyi bildirir.

“Ramşteyn aviabazasından qalxan E-8C təyyarəsi 5 saat 13 dəqiqə ərzində Qara dənizin şimal-şərq, şimal-qərb və mərkəzi hissəsi üzərində dövrə vurub. Rusiya Federasiyasının hava sərhədlərinə minimal yaxınlaşma 35 kilometr təşkil edib”, - məlumatda deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin radiolokasiya vasitələri ölkənin hava sərhədlərinə yaxınlaşan təyyarəni onun bütün uçuşu ərzində izləyiblər.

Qeyd edək ki, Rusiya son günlər Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirir. Bununla bağlı ABŞ da Qara dənizdə fəallığını artırıb, regiona iki hərbi gəmi göndərib və kəşfiyyat uçuşlarını intensivləşdirib.(Virtualaz.org)

 



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər
12-07-2022, 18:23 Bakıda ev yanıb