Saytımızı qiymətləndirin


 
 

TURKOVAC”ın sınaqlarında iştirak etmək istəyənlər var -RƏSMİ
Tarix: 09-04-2022 | Saat: 10:39
Bölmə:Karusel / Sosial | çapa göndər

"Azərbaycanda Türkiyə istehsalı olan “TURKOVAC” vaksininin üçüncü faza sınaqlarında könüllü iştirak etmək istəyən şəxslər var".

 

Qarabaqinfo.az xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

İki ölkə arasında imzalanan müqaviləyə əsasən, sınaqların Bakı Sağlamlıq Mərkəzində baş tutacağını xatırladan nazir bildirib ki, artıq könüllü olmaq üçün müraciət edənlər var:

 

“Ümumi nəticələr əldə olunduqdan sonra yekun məlumatlar Türkiyə tərəfinə təqdim olunacaq. Yekun nəticələr barədə də ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

 

T.Musayev vurğulayıb ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına qoşulan ilk ölkələrdən olub: “Həm ölkə vətəndaşlarının, həm də Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların vaksinlərə əlçatanlığı təmin edilib. “TURKOVAC”ın üçüncü faza sınaqları isə sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Təbii ki, uğurlu olandan sonra vətəndaşlarımıza seçim kimi təqdim olunacaq”.

 

Qeyd edək ki, martın 9-da Türkiyə Sağlamlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksininin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər