Tarix: 03-05-2023 | Saat: 10:07
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər
Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan DEVA Partiyasının sədri, sabiq XİN başçısı Ali Babacan ittifaqın digər ortağı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, prezidentliyə vahid namizəd Kemal Kılıçdaroğlunun evinə qonaq gedib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə siyasətçilərin xanımları Selvi Kılıçdaroğlu və Ülkü Zeynep Babacan tviter səhifələrində paylaşım ediblər.
"Babacan cütlüyü bu axşam qonağımız idi. Kemal bəy Ali bəyi də mətbəxə girməyə razı saldı. Nə danışdıqlarını, bilmirik, vallah biz də maraq içindəyik", - deyə S.Kılıçdaroğlu qeyd edib.
Bu paylaşımı retvit edən Ü.Z.Babacan isə belə yazıb: "Nə danışdıqlarını eşitmədik, amma bizim söhbətimiz şəhanə idi".
Daha sonra Kılıçdaroğlunun xanımı həmin axşamla bağlı fotoları "Gözəl bir gecədən qalanlar" başlığı ilə paylaşıb.
Digər xəbərlər