Saytımızı qiymətləndirin


 
 

Bir ayda 20 milyon manatlıq narkotik ələ keçib, 83 narkotacir saxlanıb –DİN
Tarix: 10-06-2023 | Saat: 14:21
Bölmə:Karusel / Kriminal | çapa göndər

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində narkotiklərə qarşı intensiv əməliyyat tədbirləri həyata keçirilib.
Qarabaginfo.az bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə – kokain, heroin, tiryək, marixuana, psixotrop maddə – metamfetamin, eləcə də 13 min ədəd ekstazi və metadon həbi çıxarılıb.
Əməliyyatlar paytaxtla yanaşı Sumqayıt şəhəri, Abşeron rayonu, bölgələrdə baş tutub. Baş İdarənin əməkdaşları tərəfindən çətin relyef, coğrafi və meşəlik şəraitindən, eləcə də Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı qətiyyətlə alınıb.


Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər