Lənkərana yeni hərbi prokuror təyin edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran əliyev əmr imzalayıb.
Baş prokurorun digər əmri ilə, Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru vəzifəsinə təyin edilib.
Əmrə əsasən, Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.(Unikal)