Saytımızı qiymətləndirin


 
 

Putin ənənəsinə xilaf çıxaraq Əliyev və Paşinyana atəşkəs üçün niyə zəng etmədi? – ŞOK DETALLARüçün niyə zəng etmədi? – ŞOK DETALLAR
Tarix: 17-11-2021 | Saat: 11:43
Bölmə:Karusel / Region | çapa göndər

Putin ənənəsinə xilaf çıxaraq Əliyev və Paşinyana atəşkəs üçün niyə zəng etmədi? – ŞOK DETALLAR 

Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə etdi. Moskvanın döyüşlərə müdaxilə edəcəyi gözlənilən idi, lakin proseslərin inkişafında diqqət çəkən məqamlar var:

– Avropa İttifaqı atəşkəs çağırışı üçün Rusiyadan daha tez hərəkətə keçdi;

– Rusiya bir qədər gözləmə mövqeyində qaldı;

– Putin ənənəsinə xilaf çıxaraq, Əliyev və Paşinyana atəşkəs üçün zəng etmədi;

Qarabaginfo.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir bildirib. O əlavə edib ki, Mişelin zəngi Aİ-nin sərhəd məsələsində Azərbaycan və Ermənistana əvvəlki vasitəçilik təklifindən qaynaqlanırdı. Brüssel baş verənləri bu təklifi gündəmə gətirmək üçün fürsət bildi. Mişel İrəvan və Bakıya zəng edəndə Moskva “tərəflər arasında vasitəçi ola bilərik” açıqlamasını verdi. Və belə görünürdü ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun idi. Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girdi. İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb. Yalnız bundan sonra Sergey Şoyqu Həsənov və Papikyanla danışdı və atəşkəs əldə olundu. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə döyüşlər saat 18:30-da dayandırılıb”.

Siyasi şərhçinin sözlərinə görə, Zakir Həsənov Şoyqu ilə telefon söhbətinin ardınca Hulusi Akarla sərhəddəki vəziyyəti müzakirə etdi: Bu, nəticə qaneedici olsa belə Bakının Moskvaya “Türkiyə yanımızdadır” mesajını çatdırmağa hesablanmış ola bilər. Akar bu mesajı verdi. Atəşkəsin əldə olunmasından sonra Paşinyan Putinlə danışdı. İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Və diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmadı. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Döyüşlərin nəticəsi necə oldu?

– Ermənistan tərəfinin çoxsaylı itkiləri var: rəsmi məlumata görə, təkcə əsirlərin sayı 12-dir;

– Azərbaycan Ordusu sərhəddə vəziyyətə nəzarət edir və geri çəkilməyib: Paşinyanın açıqlaması da bunu təsdiqləyir;

– Ermənistan sərhədin delimitasiyasına hazır olduğunu bəyan etdi: Paşinyan da Putinlə telefon söhbətindən sonra bildirdi ki, “Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”.

Burada iki məqam da diqqət çəkir:

1. Atəşkəs əldə edilsə də, Paşinyan “ümumi vəziyyətin son dərəcə gərgin olaraq qaldığını” deyir;

2. Atəşkəsin əldə edilməsi haqda Ermənistan və Rusiya tərəfindən fərqli olaraq, Azərbaycan rəsmi məkumat yaymayıb;

“Həsənovun Şoyqu ilə danışıqdan sonra Hulusi Akarla müzakirə aparmasına və Akarın “Türkiyə Azərbaycanın yanındadır” açıqlamasına bu kontekstdə də baxa bilərik. Və bu, əldə olunan atəşkəsin kövrək olduğu deməkdir. Mümkündür ki, Bakının atəşkəsin əldə olunması üçün şərtləri var və bu şərtlərin yerinə yetirilməsini gözləyir. Hər şey Ermənistanın davranışından asılı olacaq” – deyə Asif Nərimanlı fikirlərini tamamlayıb.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər