Saytımızı qiymətləndirin


 
 

Köhnə maşın sürənlərin nəzərinə: Utilizasiya necə olacaq? 
Tarix: 08-06-2023 | Saat: 10:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Köhnə maşın sürənlərin nəzərinə: Utilizasiya necə olacaq? 

Gələn ildən etibarən avtomobillərin utilizasiyasının həyata keçirilməsi gözlənilir.

Xaricdən avtomobil idxalı zamanı utilizasiya haqqının alınması ehtimalı isə idxal qiymətinin artımına səbəb olacaq. 

Referans.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib, utilizasiya haqqının tətbiqi avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq.

Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev isə bildirib ki, proses könüllülük prinsipi əsasında aparılacaq. Yəni sahibi avtomobilinin utilizasiyasına özü qərar verəcək.

Qeyd edək ki, "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişkliyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər