Rusiya hərbçilərinin hesablamalarına görə, Ukrayna əks-hücum əməliyyatı üçün 20 yeni briqada və Milli Qvardiya briqadası hazırlayıb və bununla da silahlı qüvvələrin sayını 1 milyon nəfərə çatdırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Rusiya Müdafiə Nazirliyinə yaxın şəxsə istinadən yazır.
Hələ aprelin əvvəlində Ukrayna əks-hücum üçün 8 diviziyadan ibarət 40 min döyüşçü hazırladığını bildirmişdi.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley CNN-ə Ukraynanın əks-hücuma çox yaxşı hazırlaşdığını deyib.
ABŞ Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi, hərbi ekspert Rob Li deyir ki, Kaxovkada bəndin dağılması nəticəsində cəbhə xəttinin kiçilməsi Rusiya üçün sərfəlidir. Çünki bu, qüvvələrin cəmləşməsini asanlaşdıracaq: “Ukraynanın Xerson yaxınlığında əməliyyat keçirmə ehtimalı azalarsa, ruslar şərqə daha çox qüvvə köçürə bilər”.