Saytımızı qiymətləndirin


 
 

Blinken: "Çin dünyanın aparıcı gücü olmaq istəyir"
Tarix: 11-02-2022 | Saat: 08:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken

 

Amerika Birləşmiş Ştatları Dövlət katibi Entoni Blinken Çinin dünyanın aparıcı hərbi, iqtisadi, diplomatik və siyasi gücü olmaq arzusunun olduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə dövlət katibi “The Australian” əşrinə müsahibəsində deyib.

Blinken bildirib ki, ABŞ və Avstraliya buna müqavimət göstərməlidir.

Blinkenin fikrincə, Çin hökumətinin strateji ambisiyaları o qədər genişlənib ki, indi o, ABŞ-a və onun müttəfiqlərinə meydan oxuyur. ABŞ fövlət katibi Asiya ölkəsinin yeni dünya nizamı qumaq istədiyini qeyd edib.

“Şübhə yoxdur ki, Çin təkcə regionda deyil, həm də dünyada aparıcı hərbi, iqtisadi, diplomatik və siyasi gücə çevrilməyə çalışır. Son illərdə biz Çin Xalaq Respublikası hakimiyyətinin həm ölkə daxilində, həm də bölgədə daha aqressiv davrandığının şahidi oluruq”,-deyə Blinken əlavə edib.

Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Moskva ilə Pekin arasında yeni əməkdaşlıq yeni bir şey olmasa da bəzi problemlərə yol açır.

Fevralın 10-dan 12-dək Avstraliyanın Melburn şəhərində təhlükəsizlik üzrə dördtərəfli dialoqun (Quad) iştirakçısı olan Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirlərinin görüşü çərçivəsində tədbirlər keçirilir.

Dördtərəfli Təhlükəsizlik Dialoqu 2007-ci ildə Avstraliya, Hindistan, ABŞ və Yaponiya tərəfindən Asiya-Sakit okean regionu və Hind okeanında qarşılıqlı fəaliyyət mexanizmi üçün təsis edilib. Dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib.(Apa)



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70