Saytımızı qiymətləndirin


 
 

DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib
Tarix: 08-07-2022 | Saat: 16:41
Bölmə:Karusel / Sosial | çapa göndər

DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib

Kənardan müxtəlif proqram təminatçıları tərəfindən 30 martda güzəştli mənzillərin seçim prosesinə müdaxilələr araşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Günel Hüseynova deyib.

Onun sözlərinə görə, başlanmış cinayət işi üzrə araşdırma aparılıb, mənzillərin güzəştli şərtlərlə seçimi həyata keçirilərkən qeyd olunan seçimlərin sürətli aparılması aşkarlanıb: “Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.

DTX əməkdaşı əlavə edib ki, son dövrlərdə kibercinayətlərin sayı artıb.

“Hər bir cinayətdən danışanda onun subyekti çox əhəmiyyətlidir”, - Günel Hüseynova vurğulayıb.

O qeyd edib ki, gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və ya onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar.



Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər