Saytımızı qiymətləndirin


 
 

Diplomu saxta, özü savadsız müəllimlər: Onlardan necə xilas olmalı?
Tarix: 07-06-2023 | Saat: 12:44
Bölmə:Karusel / Təhsil | çapa göndər

Diplomu saxta, özü savadsız müəllimlər: Onlardan necə xilas olmalı?

Son vaxtlar təhsil ekspertləri vaxtaşırı məktəblərdə savadsız müəllimlər, saxta diplomlarla bağlı açıqlamalar verir. 

İddialara görə, vaxtilə Azərbaycanda külli miqdarda saxta diplom verilib. Hətta cümlədə sifətlə feli ayırd edə bilməyən müəllimlərin olduğu da deyilir. 

Bəs görəsən, bu cür müəllimlər məktəblərə necə yol tapıblar?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış təhsil eksperti Elçin Əfəndi bildirib ki, vaxtilə müəllimlərin hansı qaydada işə qəbul edildiyini hamı bilir: rüşvət, tapşırıq və s. Nəticədə xeyli sayda yerində olmayan pedaqoji kadrlar məktəblərə ayaq açıb. Bu gün təhsilin keyfiyyətini aşağı salan əsas faktorlardan biri budur: 

"Bu gün faktiki olaraq fəaliyyət göstərən müəllimlərin müəyyən bir hissəsi vaxtilə qeyri-qanuni yollarla diplomlara sahib olublar. Bu da əsasən, 2010-cu ilə qədər olan dövrü əhatə edib. İstər mktəblərdə, istərsə də, yuxarı təhsil pilləsində müəyyən fənnlər üzrə tədris aparan müəllim heyəti var ki, onlar təəssüflər olsun ki, ya saxta yolla diplom əldə ediblər, ya da ölkəmizdə tanınmayan hansısa universitetin diplomuna sahibdirlər. Burada əsasən Beynəlxalq Universitetin diplomları var. Bu gün bəziləri bu kimi diplomların əsasında fəaliyyət göstərir. 

Onların bu gün övladlarımıza verdiyi biliklər arasında ziddiyətli məqamlar çoxdur". 

Ekspert  savadsız müəllimlər, saxta diplomlarla bağlı açıqlamasında qeyd edib ki, cəmiyyətdə müəllimlərin sertifikasiyası ilə bağlı müəyyən etirazlar var, lakin bu imtahanlar nəticəsində savadsız müəllimlər və saxta diplomlar aşkarlanır: 

"Həmin müəllimlər kurikulum proqramı ilə bağlı tam müfəssəl məlumata sahib olmadıqları üçün onların təhsil prosesində saxlanılması da fikrimcə, doğru yanaşma deyil. Hal-hazırda Elm və təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanları bu kimi şəxslərin aşkarlanaraq təhsil prosesindən kənarlaşdırılmasını birbaşa olaraq hədəfləyən bir istiqamətdir. Onların vaxtında təhsil prosesinə cəlb olunması vaxtilə nəzarət mexanizminin olmaması, müəllimlərin işə qəbulunun kortəbii şəkildə aparılması, sorğulanmamaq və yaxud tanışlıq, tapşırıq, rüşvət əsasında müəyyən məktəblərdə yer almalarının başlıca şərtlərindən olub. Həmin vaxt onların diplomları qanunidirmi, yaxud ixtisasları pedaqojidirmi deyə sorğulayan olmayıb. Hal-hazırda ona görə bu cür müəllimlər orta məktəblərdə fəaliyyət göstərirlər".  



Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər