Saytımızı qiymətləndirin


 
 

"Biz Rusiyanın kiberhücumlarını dəf edəcəyik" - Bayden
Tarix: 21-03-2022 | Saat: 23:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Biz Rusiyanın kiberhücumlarını dəf edəcəyik" - Bayden

"Rusiya tətbiq olunan iqtisadi sanksiyalara cavab olaraq Birləşmiş Ştatların kritik infrastrukturlarına kiberhücum edə bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. 

ABŞ-ın kritik infrastrukturlarına kiberhücum edə biləcəyi barədə xəbərdarlıq etdiyini xatırladan Bayden, “Bu gün mənim administrasiyam kəşfiyyat məlumatlarına əsaslanaraq bu xəbərdarlığı təkrarlayıram. Rusiya hökuməti mümkün kiberhücumlar həyata keçirə bilər”.

Vəzifəyə gəldiyi ilk gündən ölkənin kiber təhlükəsizliyini gücləndirmək üçün addımlar atdıqlarını və dövlət-özəl tərəfdaşlıq qurduqlarını ifadə edən Bayden, “Mənim administrasiyam hücumları dəf etmək, qarşısını almaq və lazım gələrsə cavab vermək üçün əlində olan hər vasitədən istifadə edəcək", - deyə bildirib.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər