Saytımızı qiymətləndirin


 
 

Bayden və Trampın namizəd olmaq hüququ QƏTİLƏŞDİ
Tarix: 13-03-2024 | Saat: 12:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Bayden və Trampın namizəd olmaq hüququ QƏTİLƏŞDİ

ABŞ prezidenti Co Bayden ilkin seçkilərdə Demokratlar Partiyasından yeni müddətə qalib gəlmək üçün kifayət qədər nümayəndə qazanıb.

 

Qarabaqinfo.az  xəbər verir ki, Corciya, Missisipi və Vaşinqton ştatlarında keçirilən ilkin seçkilərin nəticələrinə əsasən, Bayden namizədlik üçün lazım olan 1968-dən çox nümayəndənin dəstəyini qazanıb.

 

"Seçicilər bu ölkənin gələcəyinə qərar verməlidirlər: biz demokratiyamızı müdafiə edəcəyik, yoxsa başqalarının onu məhv etməsinə icazə verməliyik", - Bayden söyləyib.

 

Həmçinin Ağ Evin keçmiş rəhbəri Donald Tramp da Corciya, Missisipi və Vaşinqtonda Respublikaçıların praymerizində qalib gəlib. Bu, ona Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi üçün lazım olan 1215 nümayəndə sayını əldə etməyə imkan verib.

 

Qeyd edək ki, Trampın Respublikaçılar Partiyası daxilində sonuncu ciddi rəqibi, BMT-nin keçmiş səfiri və Cənubi Karolina qubernatoru Nikki Heyli bir neçə gün əvvəl yarışdan çıxıb.



Xəbəri paylaş

137 dəfə oxunub.

Digər xəbərlər