Saytımızı qiymətləndirin


 
 

Finlandiya bankını 1 milyard dollarlıq cərimə gözləyir- Rusiyanın çirkli pullarının yuyulmasına görə
Tarix: 12-07-2024 | Saat: 17:46
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

Danimarkada çirkli pulların yuyulmasında ittiham olunan Finlandiyanın “Nordea” bank qrupu təxminən 1 milyard dollar cərimə ilə üzləşə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Tənzimləyicilər israr edirlər ki, cəzanı təyin edərkən təkcə pozuntuların müddətini deyil, həm də “Nordea” müştəri və əməliyyat yoxlama sistemini korrektə edənə qədər sonrakı illəri də nəzərə almaq lazımdır.

Daha əvvəl Danimarka Polisinin Milli Xüsusi Cinayət Bölməsi Finlandiya bankının yerli törəmə müəssisəsində 3,5 milyard avro dəyərində şübhəli əməliyyatlar müəyyən edib. Onlar 2012-2015-ci illərdə və əsasən Rusiya müştəriləri üçün həyata keçirilib.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər