Saytımızı qiymətləndirin


 
 

Son dəqiqə: Türk lirəsi kəskin ucuzlaşdı 
Tarix: 30-05-2023 | Saat: 14:03
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Son dəqiqə: Türk lirəsi kəskin ucuzlaşdı 

Türkiyədə Prezident seçkilərinin başa çatması milli valyutanın məzənnəsinə ciddi təsir edib. Türk lirəsi yeni həftəyə artımla başlayıb. Bu gün birjalarda 100 dollar müştərilərə 2036 lirədən təklif olunub. 

Qarabaginfo.az xatırladır ki, Prezident seçkilərinin birincii turunda - mayın 14-də 100 dollar 1956 lirəyə satılıb. Seçkilərin ikinci tura qalması türk lirəsinin daha da ucuzlaşmasına səbəb olub. Birjalarda mayın 28-də 1 dollar 20 lirə nisbətində idi. Ötən iki gün ərzində Türkiyənin milli valyutasının yenidən dəyər itirməsi nəticəsində 100 dollar 2036 lirəyə qədər bahalaşıb. 

İqtisadçılar Türkiyənin milli valyutasının önümüzdəki günlərdə daha da dəyər itirəcəyini proqnozlaşdırırlar. Onların qənaətinə görə, iyun ayının sonuna kimi İstanbul birjasında 100 dollar müştərilərə 2200 lirədən təklif olunacaq. 



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər