Saytımızı qiymətləndirin


 
 

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat
Tarix: 04-02-2023 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat   

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir”.

 Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin fəaliyyəti haqqında informasiya bülletenində bildirilib.

Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Rusiya tərəfi yenə də Azərbaycanın tələblərinə əhəmiyyət verməyərək, informasiya bülletenində Xankəndi şəhərini “Stepanakert”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni” adlandırıb:

“Rusiya sülhməramlılarının komandanlığı Stepanakert-Gorus yolunda maneəsiz hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəf ilə danışıqlar prosesini davam etdirir.

Mardakert, Martuni rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib.

Gorus - Stepanakert marşrutu üzrə humanitar yük daşıyan avtomobil karvanının müşayiəti təmin edilib”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

O da bildirilib ki, Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdirir. Daha 0,6 hektar ərazi təmizlənib.

“Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2507,3 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26 762 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - məlumatda deyilir. 



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər