Saytımızı qiymətləndirin


 
 

Xocalıya da köç olacaq: Şəhərdə gecə-gündüz iş gedir - FOTOLAR
Tarix: 22-01-2024 | Saat: 12:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xocalıya da köç olacaq: Şəhərdə gecə-gündüz iş gedir - FOTOLAR

 

Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixində keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində  Xocalı, Xocavənd, Xankəndi və Əsgəran şəhərləri separatçılardan təmizlənərək işğaldan azad edildi. Vaxtilə soyqırımı və dağıntılara məruz qoyulan Xocalının azad olunması və dərhal bərpasına başlanılması mənəvi baxımından çox böyük əhəmiyyət daşıyır. 

 

Qarabaginfo.az, hazırda burada işlər yüksək sürətlə davam etdirilir.

 

Bakı Abadlıq Xidmətinin Memarı Elnur Abdullayev söyləyib ki, Xocalıda işlər hazırda gecə saatlarına qədər davam edir:

 

“Xocalı şəhərinin mərkəzində 283 evdə əsaslı təmir-bərpa işi aparılır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri qurulur, yeraltı işləri həyata keçirilir. Hazırda qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq, gecə saatlarına qədər işlər davam edir. Yaxın gələcəkdə digər ərazilərdə də abadlıq-bərpa işlərinə start veriləcək. Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalmışdı. Hazırda şəhəri yabanı bitkilərdən, məişət tullantılarından təmizləmə işləri də davam edir”.

 

Növbəti mərhələdə isə bərpaya yararsız evlərin yenidən tikintisinə qərar verilib. Ailə sayına uyğun olaraq evlər  tikildikdən sonra köç başlanacaq və evlər sahiblərinə təhvil veriləcək. 

 

Yaxın vaxtlarda köç planlaşdırılan yerlərdən biri də Ağdamın Kəngərli kəndidir.  Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov AZTV-yə açıqlamasında artıq kəndin bərpasına başlandığını bildirib:

 

“Kəndin bərpasına başlanılıb. Kənddə birinci mərhələdə 292 evin tikilməsi nəzərdə tutulur. Bu, sonrakı dövrlərdə də davam edəcək. Biz, əslində,nəzərdə tuturuq ki, 2025-ci ilin əvvəlində artıq kənd vətəndaşlarımıza təhvil verilsin”.

 

Kəngərliylə, yanaşı Sarıcalı, Xıdırlı kəndlərinə də vətəndaşların 2025-ci illə qədər köçürülməsi mümkündür. Ümumilikdə 2026-cı ilin sonunadək təkcə Qarabağ İqtisadi Rayonuna 16 min nəfərin qayıdışı gözlənilir.  Ağdam rayonu və 12 kəndin bərpası davam etdiriləcək. Eləcə də Füzuli şəhəri və 10 kəndində də bərpa işləri sürətləndiriləcək. Bütün bu layihələr isə birinci qayıdış dövlət proqramına əsasən reallaşdırılır.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər