Saytımızı qiymətləndirin


 
 

Ukrayna əks-hücum əməliyyatının başlama vaxtını təsdiqləyib- AÇIQLAMA
Tarix: 30-05-2023 | Saat: 12:33
Bölmə:Karusel / Region | çapa göndər

Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama vaxtını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib.

“Vacib suallar, vacib qərarlar… Əsas məsələ odur ki, vaxtla bağlı cavablar var. Ukrayna Silahlı Qüvvələrinin hərəkət vaxtı ilə bağlı qərarlar qəbul edilib. Ən vacib olan budur. Necə hərəkət edəcəyimizə dair son tarixlər… Qərarlar qəbul edilib. Hər bir əsgər və serjanta, zabit və generala, hazırlaşan hər bir briqadaya təşəkkür edirəm”, – Zelenski deyib.

Onun sözlərinə görə, ümumi əməliyyat vəziyyəti, ayrı-ayrı ərazilər üzrə, yeni hücum briqadalarının cəlb edilməsi və sürətli maddi-texniki təchizatın təmin edilməsi, həmçinin əlavə raketlərin tədarükü üçün yeni müqavilələr üzrə də qərarlar verilib.(Azpost.info)



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər