Saytımızı qiymətləndirin


 
 

Paşinyan “Qarabağ klanı”nı “ürəyindən” VURDU...
Tarix: 25-05-2023 | Saat: 10:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Paşinyan “Qarabağ klanı”nı “ürəyindən” VURDU...

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması "Qarabağ klanı"nı ciddi şəkildə narahat etməyə başlayıb. Paşiyanın Ermənistanın tanıdığı 86.600 kvadrat kilometr Azərbaycan ərazisinə Qarabağ və anklavların da daxil olduğunu deməsi müxalif cameəni, eləcə də "Qarabağ klanı"nın himayə etdiyi separatçıları təşvişə salıb. Sosial şəbəkə və media səhifələrində hakimiyyətə qarşı kampaniya başladan narazılar Ermənistan və Azərbaycan arasında sülhə qarşı olduqlarını gizlətməyib, revanşist mövqedə qaldıqlarını nümayiş etdiriblər.

 

"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır", - Paşinyan ölkə gündəmini silkələyən açıqlamasında deyib.


Maraqlıdır, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması "Qarabağ klanı"nı niyə narahat edir? Onların məqsədi nədir? Radikallar hansı ölkələrin sifarişini icra edirlər? 

 

Mövzunu Qarabaqinfo.az-a şərh edən politoloq İlqar Vəlizadə deyir ki, müxalifət Ermənistanda uzunmüddətli ixtişaşlar törədə bilər:


"Ermənistan müxalifətinin əsas məqsədi daxildə çaxnaşma yaratmaqdır. Onlar Paşinyanı hakimiyyətə gəldiyi kimi, həmin ssenari ilə devirmək istəyirlər. Təbii ki, bunu təkbaşına yox, xarici qüvvələrə arxalanaraq etmək niyyətindədirlər. Xüsusilə Rusiyada müəyyən dairələr var ki, müxalifətin hakimiyyət planını dəstəkləyə bilər".

 

 

İ.Vəlizadənin fikrincə, Rusiyanın Ermənistanda Paşinyanı küçə mitinqləri ilə devirmək istəyən müxalifəti dəstəkləməsi istisna deyil:

 

"Digər variant Qarabağda separatçılara dəstək verməklə Azərbaycan və Ermənistan arasında sülh prosesini əngəlləməkdir. Azərbaycan bundan sonra da separatçılara qarşı qətiyyətli addımlar atacaq. Lakin silahlı dəstələr müqavimət göstərəcək, onlara dəstək gələ bilər. Belə olduğu halda müharibə olmasa da, münaqişə yarana bilər. Bunun nəticəsində yenidən danışıqlar ssenarisinin yaranma ehtimalı var. Hadisələr göstərir ki, bu planın reallaşması bir qədər çəindir. Çünki Azərbaycan məqsədlərinə çatmaq üçün lazımı addımlar atacaq. Bizim şərtlərimiz bəllidir. Rusiyanın Azərbaycanla birbaşa üz-üzə gələcəyi inandırıcı deyil. Ölkəmiz öz istəklərinə çatmaq üçün fəaliyyət göstərir və geri addım atmaq niyyətində deyil". 


Siyasi şərhçi Yeganə Hacıyeva isə söyləyib ki, Qarabağda etiraz aksiyası keçirən separatçıların guya Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın tanımasına Ermənistan konstitusiyasından stat gətirməsi tamamilə yalandır. 


O fikirlərini belə əsaslandırıb: "Öncə qeyd etmək lazımdır ki, Ermənistan konstitusiyasında erməni dövlətçiliyinin prinsiplərinə və Ermənistan müstəqilliyinə istinad edən preampulada ümumerməni maraqları çərçivəsində Türkiyə- Ermənistan münasibətləri, təzminat və ərazi mövzuları yer alıb. Lakin Ruben Vardanyanın iddia etdiyi kimi preampulada sırf Azərbaycan və Qarabağla bağlı heç bir mövzu yoxdur. İstər Qarabağda, istərsə də Ermənistan daxilində müxalifətçilərin məhz Nikol Paşinyana qarşı bu mövzunu qabartması onların Ermənistan konstitusiyasından xəbərlərinin olmadığını göstərir. Digər bir məqam isə Samvel Babayan, Ruben Vardanyanın keçirdiyi etiraz aksiyasında Ermənistan konstitusiyasının 216-cı bəndinə eyham vurulmasıdır. Bu bənd Nikol Paşinyanın qərarlarına veto qoymaq və qəbul etməmək kimi hüquqlar verir. Ancaq həmin hüquqlar Ermənistan konstitusiyasının tənzimlədiyi qərarlar ola bilər. Məsələn, Ermənistan dövləti adından Paşinyanın imzaladığı hansısa konvensiyanı buna misal göstərə bilərik. Yəni Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Ermənistan kontitusiyasının tənzimlədiyi məqamlara aid deyil. Bu mövzulara istinad vermək tamamilə spekulyasiyadır".

 

 

Y.Hacıyeva hesab edir ki, Ermənistan müxalifəti indiki situasiyada Nikol Paşinyanı devirmək ixtiyarında deyil:

 

"Nikol Paşinyanın Azərbaycanın Qarabağ, Qazaxın 7 və Naxçıvanın Kərki kəndləri də daxil olmaqla bütöv ərazisini tanıması Avropa Birliyinin və ABŞ-ın istəklərinə cavab verməsinin göstəricisidir. Paşinyan qeyd edib ki, Ermənistan hətta "Qarabağ Azərbaycandır" ifadəsi yer alan sənədə ermənilərin hüquqlarının qorunması şərtilə imza ata bilər. Azərbaycan daxilində bütün vətəndaşların hüquqları qorunduğu kimi, Qarabağdakı etnik ermənilər də vətəndaşlığımızı qəbul edəndə onların haqları müdafiə ediləcək. Bu, Azərbaycan konstitusiyasının tələb etdiyi məqamdır. Ermənistan isə özünü həm Azərbaycanın ərazi bütövlüyünü tanımış kimi göstərir, həm də paralel olaraq bu mövzunu qabardır".

 

"Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etdiyi halda konstitusiyanın bütün şərtlərinin onlara şamil olunacağını söyləyib. Belə məqamda Azərbaycan tərəfindən zəmanət tələb etmək danışıqları pozmağa cəhd kimi qəbul edilir. Bu, bir növ sülh sazişinin imzalanmasını qəbul etməməkdir. Etirazçılar isə bu mövzu ilə bağlı Nikol Paşinyanı devirə bilməzlər. Çünki siyasi hakimiyyət, dövlət qurumları hazırkı dövrdə Ermənistan daxilindəki elita da Nikol Paşinyanın yaratdığı balansdan yola çıxır. ABŞ-ın və Rusiyanın dəstəyi ilə fəaliyyət göstərən qurumlar, dünya erməniləri və İran da həmin elitaya daxildir", - siyasi şərhçi əlavə edib.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər