Tarix: 06-07-2023 | Saat: 16:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
Finlandiyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona Helsinkinin anti-Rusiya siyasətinə görə “qəti etiraz” verilib.
Qarabaginfo.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Etirazın səbəbi Finlandiyaya Rusiya vətəndaşları üçün giriş rejiminin sərtləşdirilməsi olub.
“Belə qərarlar qəbul edərkən Helsinki bilməlidir ki, Finlandiyanın bu cür canfəşanlığı nəinki Brüssel, Vaşinqton və Kiyevdə qiymətləndiriləcək, həm də Finlandiya istiqamətində gələcək siyasəti planlaşdırarkən Moskvada nəzərə alınacaq”, - o söyləyib.
Məlumata görə, oktyabrın 1-dən Rusiya Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür. Finlandiyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğun 9 əməkdaşı persona non-qrata elan edilib.
Digər xəbərlər