Ana Sayfa > Karusel / Siyasət > Paşinyan “Qarabağ klanı”nı “ürəyindən” VURDU...
Paşinyan “Qarabağ klanı”nı “ürəyindən” VURDU...25-05-2023, 10:42. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması "Qarabağ klanı"nı ciddi şəkildə narahat etməyə başlayıb. Paşiyanın Ermənistanın tanıdığı 86.600 kvadrat kilometr Azərbaycan ərazisinə Qarabağ və anklavların da daxil olduğunu deməsi müxalif cameəni, eləcə də "Qarabağ klanı"nın himayə etdiyi separatçıları təşvişə salıb. Sosial şəbəkə və media səhifələrində hakimiyyətə qarşı kampaniya başladan narazılar Ermənistan və Azərbaycan arasında sülhə qarşı olduqlarını gizlətməyib, revanşist mövqedə qaldıqlarını nümayiş etdiriblər.
"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır", - Paşinyan ölkə gündəmini silkələyən açıqlamasında deyib.
Mövzunu Qarabaqinfo.az-a şərh edən politoloq İlqar Vəlizadə deyir ki, müxalifət Ermənistanda uzunmüddətli ixtişaşlar törədə bilər:
İ.Vəlizadənin fikrincə, Rusiyanın Ermənistanda Paşinyanı küçə mitinqləri ilə devirmək istəyən müxalifəti dəstəkləməsi istisna deyil:
"Digər variant Qarabağda separatçılara dəstək verməklə Azərbaycan və Ermənistan arasında sülh prosesini əngəlləməkdir. Azərbaycan bundan sonra da separatçılara qarşı qətiyyətli addımlar atacaq. Lakin silahlı dəstələr müqavimət göstərəcək, onlara dəstək gələ bilər. Belə olduğu halda müharibə olmasa da, münaqişə yarana bilər. Bunun nəticəsində yenidən danışıqlar ssenarisinin yaranma ehtimalı var. Hadisələr göstərir ki, bu planın reallaşması bir qədər çəindir. Çünki Azərbaycan məqsədlərinə çatmaq üçün lazımı addımlar atacaq. Bizim şərtlərimiz bəllidir. Rusiyanın Azərbaycanla birbaşa üz-üzə gələcəyi inandırıcı deyil. Ölkəmiz öz istəklərinə çatmaq üçün fəaliyyət göstərir və geri addım atmaq niyyətində deyil".
Y.Hacıyeva hesab edir ki, Ermənistan müxalifəti indiki situasiyada Nikol Paşinyanı devirmək ixtiyarında deyil:
"Nikol Paşinyanın Azərbaycanın Qarabağ, Qazaxın 7 və Naxçıvanın Kərki kəndləri də daxil olmaqla bütöv ərazisini tanıması Avropa Birliyinin və ABŞ-ın istəklərinə cavab verməsinin göstəricisidir. Paşinyan qeyd edib ki, Ermənistan hətta "Qarabağ Azərbaycandır" ifadəsi yer alan sənədə ermənilərin hüquqlarının qorunması şərtilə imza ata bilər. Azərbaycan daxilində bütün vətəndaşların hüquqları qorunduğu kimi, Qarabağdakı etnik ermənilər də vətəndaşlığımızı qəbul edəndə onların haqları müdafiə ediləcək. Bu, Azərbaycan konstitusiyasının tələb etdiyi məqamdır. Ermənistan isə özünü həm Azərbaycanın ərazi bütövlüyünü tanımış kimi göstərir, həm də paralel olaraq bu mövzunu qabardır".
"Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etdiyi halda konstitusiyanın bütün şərtlərinin onlara şamil olunacağını söyləyib. Belə məqamda Azərbaycan tərəfindən zəmanət tələb etmək danışıqları pozmağa cəhd kimi qəbul edilir. Bu, bir növ sülh sazişinin imzalanmasını qəbul etməməkdir. Etirazçılar isə bu mövzu ilə bağlı Nikol Paşinyanı devirə bilməzlər. Çünki siyasi hakimiyyət, dövlət qurumları hazırkı dövrdə Ermənistan daxilindəki elita da Nikol Paşinyanın yaratdığı balansdan yola çıxır. ABŞ-ın və Rusiyanın dəstəyi ilə fəaliyyət göstərən qurumlar, dünya erməniləri və İran da həmin elitaya daxildir", - siyasi şərhçi əlavə edib. Geri dön |