Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirib
Tarix: 24-05-2023 | Saat: 15:16
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya XİN Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, bu cür bəyanatlar vermək Ermənistanın və onun xalqının səlahiyyətidir.

“Biz Ermənistan Baş nazirinin bəyanatına 2022-ci ilin 7 oktyabr tarixində Praqa sammitində tutduqları mövqenin təsdiqi kimi baxırıq. O zaman birgə bəyanat qəbul olunmuşdu və həmin bəyanatda 1991-ci ilin Almatı Bəyannaməsinə istinad vardı. Hansı ki, həmin bəyannamədə keçmiş sovet respublikaları arasındakı inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır. Dəfələrlə dediyimiz kimi, Praqa razılaşması Bakı ilə İrəvana arasında danışıqlar prosesinə keyfiyyətcə yeni çərçivə verib. Bir daha qeyd edirəm ki, Praqadakı görüşün iştirakçıları Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı olub. Eləcə də qeyd edirik ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son dedikləri Ermənistanın özündə və Qarabağda əlbəttə ki, birmənalı reaksiya doğurmayıb”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Azərbaycanla Ermənistan arasındakı sülh sazişi layihəsindən də danışıb, Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların son raundunun mayın 19-da Moskvada keçirildiyini xatırladıb: “Hesab edirik ki, XİN başçılarının Moskva danışıqları tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına imkan verib”.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər