Saytımızı qiymətləndirin


 
 

Ermənistanın bir yolu var - Deputat
Tarix: 19-08-2023 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın bir yolu var - Deputat

 

“Avqustun 16-da Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran” barəsində BMT Təhlükəsizlik Şurasında aparılan müzakirəni ölkəmizin növbəti diplomatik uğuru hesab etmək olar. Ermənistan yenə də ona dəstək olan dövlətlərə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi. İşğalçı dövlətin  BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu”.


Bunu Qarabaqinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətə həsr olunmuş müzakirələri şərh edərkən deyib.

Belə müzakirələrə ehtiyac olmadığını deyən millət vəkilinin sözlərinə görə, bu kimi məsələlər BMT və digər platformalarda deyil, yerində həll edilməlidir:


“Laçın yoluna paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab vermiş oldu. Buradan açıq aydın görmək olar ki, Ermənistan hökuməti ilə erməni diasporu arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir.


Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin fnümayəndələri Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Dünyadan 27 il ədalət gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə həm də BMT qətnamələrini təkbaşına icra edərək tarixi ədaləti bərpa etdi.
 

Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. 
 

Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etməyə hazırdır.

Azərbaycan Beynəlxaql Qırmızı Xaç Təşkilatı vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif etsə də, qarşı tərəf bundan imtina etdi.
 

Ermənistanın bir yolu var: Azərbaycanın şərtlərini qəbul etmək, separatizmə və təxribatlara son qoymaq”.
 

C.Məmmədov deyib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasından aparılan son müzakirələrdən nəticə çıxarmalıdır:


“2020-ci ildə nə baş verdisə, yenə də təkrarlana  bilər. Bölgəyə sülhün gəlməsi üçün Ermənistan Azərbaycanın başlatdığı prosesə töhfə verməlidir. Əgər Ermənistan təxribat xarakterli fəaliyyətinə davam etsə, bunun cavabı çox sərt olacaq.

Beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan ərazisidir. Odur ki, Azərbaycan ərazisində Ermənistan hər hansi bir addım atarsa, cavabını da alacaq. Problemin həlli üçün Ermənistan Azərbaycanın dediklərini yerinə yetirməlidir”.

Modern.az


Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər