Ana Sayfa > Karusel / Gündəm > Ermənistanın bir yolu var - Deputat
Ermənistanın bir yolu var - Deputat19-08-2023, 12:32. Yazar: Admin |
“Avqustun 16-da Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran” barəsində BMT Təhlükəsizlik Şurasında aparılan müzakirəni ölkəmizin növbəti diplomatik uğuru hesab etmək olar. Ermənistan yenə də ona dəstək olan dövlətlərə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi. İşğalçı dövlətin BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu”.
Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etməyə hazırdır. Azərbaycan Beynəlxaql Qırmızı Xaç Təşkilatı vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif etsə də, qarşı tərəf bundan imtina etdi. Ermənistanın bir yolu var: Azərbaycanın şərtlərini qəbul etmək, separatizmə və təxribatlara son qoymaq”. C.Məmmədov deyib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasından aparılan son müzakirələrdən nəticə çıxarmalıdır: Beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan ərazisidir. Odur ki, Azərbaycan ərazisində Ermənistan hər hansi bir addım atarsa, cavabını da alacaq. Problemin həlli üçün Ermənistan Azərbaycanın dediklərini yerinə yetirməlidir”. Geri dön |