Saytımızı qiymətləndirin


 
 

O hadisədən sonra narkotikə qurşandım, peşmanam...
Tarix: 23-05-2023 | Saat: 10:47
Bölmə:Karusel / Müsahibə | çapa göndər

O hadisədən sonra narkotikə qurşandım, peşmanam... Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə Bakupost.az -a geniş videomüsahibə verib.

O, müsahibdə jurnalistikadan uzaqlaşdığı 3-4 il ərzində haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Əməkdar jurnalist barəsində danıçılanların heç də hamsının doğru olmadığını vurğulayıb:

"Deyilən, yazılan xəbərlərdən düz olanları var. Amma yanlış olanı da çoxdur. Həbs olmağım xəbəri yalan idi. Bəziləri intizarla gözləyirdi ki, Nəsimi çıxıb narkotikdən danışacaq. Adamlar var, elə Allahdan istəyirlər ki, mən çirkaba, özü da daha dərinə batım. Mənim 49 yaşım var. İndi arxaya baxıb fikirləşəndə yadıma sala bilmirəm ki, kimə pislik etmişəm? Axı, heç kimə pisliyim keçməyib. Bəs, nəyə görə bu cür olmasını istəyən adamlar var, bunu bilmirəm. Çox qəribədir ki, həmin adamlar vaxtilə Nəsimi Nəbizadənin adı gələndə salavat çevirirdilər. Növbəyə yazılırdılar ki, salam versinlər. Onların çoxu ilə mənim o qədər də səmimi münasibətim olmayıb. Hətta tanımadığım adamlar elə şeylər yazırlar ki, Nəsimini filan yerdə gördük və s. Onların biri də düz demir. Bəli, Nəsimi Nəbizadə narkotikdən istifadə edib. Amma bu o demək deyil ki, Nəsimi Nəbizadə gedib kiməsə pislik edib. O, pisliyi özünə edib".

Barəsində dolaşan söz-söhbətlərə aydınlıq gətirən Əməkdar jurnalist özünə haqq qazandırmaq fikrində olmadığını bildirib:

"Amma kimdənsə üzr istəyəsi adam da deyiləm. Özümdəm üzr istiyərəm ancaq. Çünki ən böyük pisliyi özümə etmişəm. Məni sevənləri heyfsləndirdiyimə görə onlardan da üzr istəyirəm. Çox pis oluram. Əslinə qalsa, həm də daxildən sevinirəm ki, məni çox istəyən adamlar varmış, həm də az da deyilmiş".

Tanınmış teleaparıcı yenidən ictimai həyata qayıtmaqda qərarlı olduğunu da vurğulayıb:

"Mən indi nəsə desəm, bir qrup adam elə biləcək ki, özümə haqq qazandırıram. Bir qrupu düşünəcək ki, kimlərisə günahkar çıxarıram. Nə desəm, bir neçə məna verəcək. Bu elə axmaq, murdar, insanı o dərəcədə uçuruma aparan, kiçildən, özünə qul edən, hörmətdən salan bir şeydir ki.. Təsəvvür edib, bir cinayətkar olur, onu dünyanın ən savadlı, ən təcrübəli vəkili də müdafiə edə bilmir. Çünki buna yer qoymur. Bu da təxminən elə bir şeydir. İradə əsas rol oynayır ortda. "Yox" deyərək bir də o yola qayıtmayan adamlar kifayət qədərdir. Mən də şükür Allaha, artıq uzun müddətdir ki, yaxşıyam".

Nəsimi Nəbizadənin son bir neçə ildə düşdüyü vəziyyət, yaşantıları, narkotikə qurşanması, ona dəstək olan insanlar və s. məsələlər haqqında maraqlı fikirləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz...



Xəbəri paylaş

13 450 dəfə oxunub.

Digər xəbərlər
14-11-2022, 17:48 Sabah yağış yağacaq