Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Ermənistan XİN başçılarının mayın 19-da Moskvada müzakirə edəcəyi məsələlər açıqlanıb
Tarix: 17-05-2023 | Saat: 17:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Ermənistan XİN başçılarının mayın 19-da Moskvada müzakirə edəcəyi məsələlər açıqlanıb

Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, mayın 19-da Rusiya XİN başçısının azərbaycanlı və ermənistanlı həmkarları ilə üçtərəfli görüşdən əlavə ikitərəfli görüşləri də baş tutacaq:

“Ayrıca olaraq, Azərbaycan və Ermənistan XİN başçılarının sülh müqaviləsi ilə bağlı ikitərəfli danışıqları də keçiriləcək. Xarici siyasət qurumlarının başçıları Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərinə baxacaqlar. Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, ictimaiyyət, ekspertlər və parlamentari xətti ilə təmasların qurulması daxil olmaqla, üçtərəfli razılaşmaların həyata keçirilməsinin predmetli müzakirəsi baş tutacaq.

Ayrıca görüşlərdə Rusiya XİN başçısı ikitərəfli münasibətlərə və beynəlxalq gündəmə dair aktual məsələləri müzakirəsi planlaşdırılıb. Ümid edirik ki, qarşıdan gələn təmaslar Bakı və İrəvana mübahisəli məsələləri nizamlamağa, tərəflər arasında etibarı yüksəltməyə, eləcə də Cənubi Qafqazda sabitliyi möhkəmləndirməyə yardım edəcək”, deyə Rusiya XİN sözçüsü əlavə edib.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər