Saytımızı qiymətləndirin


 
 

Kılıçdaroğlu seçki kampaniyasını idarə edənlərlə yolunu ayırdı
Tarix: 16-05-2023 | Saat: 17:57
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Kılıçdaroğlu seçki kampaniyasını idarə edənlərlə yolunu ayırdı

 

Türkiyədə "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu ilk turda seçki kampaniyasını idarə edənlərlə vidalaşıb.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlu kampaniya üzrə məsul şəxslər olan Akan Abdula və Ali Kiremitçioğlu ilə yolunu ayırıb.

 

Qeyd edək ki, ikinci turda seçki kampaniyasını İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və CHP-nin İstanbul vilayət təşkilatının rəhbəri Canan Kaftancıoğlunun aparacağı barədə məlumat yayılmışdı. Belə ki, təbliğat-təşviqat işi İmamoğluya, səslərin qorunması ilə bağlı təhlükəsizlik işi isə Kaftancıoğluya həvalə edilib.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.(modern.az)



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər