Saytımızı qiymətləndirin


 
 

Seçicilərin yanında gözükölgəli qalırıq - Tahir Kərimli
Tarix: 06-06-2023 | Saat: 13:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Seçicilərin yanında gözükölgəli qalırıq - Tahir Kərimli   

“Azərbaycanda özəlləşdirmə sahəsində çox yaxşı vəziyyət var. Məsələn, Azərbaycanda yerin təki özəlləşdirilməyib, dövlət də yerin təkindəki sərvətlər hesabına qazanılan gəlirlə bir çox mühüm işlər görür”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. 

Onun sözlərinə görə, dövlətin xarici borclanmaya getməsi pis hadisə deyil. “Tez-tez eşidirik ki, Azərbaycanın xarici borcu azalır. Xarici borc pis şeydirsə, niyə ən inkişaf etmiş dövlətlər də xarici borclanmaya gedir?” 

Deputat daha sonra qaldırılan məsələlərin həll olunmadığını bildirib. “Məsələləri qaldırırıq, elə özümüz eşidirik. Hökumətə problemlə bağlı müraciət edirik, elə yazılı cavab verirlər ki, bu il həll olunacaq. Amma hələ də heç bir şey həll olunmayıb. Əvvəllər seçicilər şikayət edirdi ki, problemlərimizi qaldırmırsınız, indi buna şəraitimiz var, məsələləri qaldırırıq. Amma seçicilər indi deyir ki, sizin qaldırdığınız məsələlərin nə xeyri var, hökumət tərəfindən baxılmır. Belə olan halda seçicinin yanında gözükölgəli qalırıq”,- o deyib. 



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər