Saytımızı qiymətləndirin


 
 

“Krokus” terrorundan sonra dəymiş ziyanın miqdarı açıqlanıb
Tarix: 25-03-2024 | Saat: 13:09
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

Martın 22-də baş verən terror aktından sonra “Krokus Siti Holl”un 7 min kvadratmetrlik damı çöküb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, konsert zalının binasındakı yanğının sahəsi 12,9 min kvadratmetr olub.

Konsert zalının yenidən qurulmasına 2025-ci ilin yazından tez başlanılmayacaq. Zərərin məbləği 6 ilə 12 milyard rubl arasında dəyişib. Dəymiş ziyan Rusiyanın Ticarət Mərkəzləri İttifaqı tərəfindən qiymətləndirilib.

“Dəqiq rəqəm mütəxəssislər binaya baxış keçirdikdən sonra məlum olacaq. Onlar yanğın zamanı yükdaşıma qabiliyyətini itirə biləcək metal konstruksiyaları, mühəndis sistemlərini və konsert zalının qalan hissəsini yoxlamalı olacaqlar”, – məlumatda deyilir.



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər