Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan Parlament Məclisinin Sədri: Azərbaycan ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub
Tarix: 16-05-2023 | Saat: 12:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yerlan Koşanov

 

“Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına xidmətə həsr edib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov bildirib.

Yerlan Koşanov qeyd edib ki, Heydər Əliyevin dühası bütün Türk dünyası üçün oriyentirə çevrilib: “Heydər Əliyev Qazaxıstanda xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin qurulmasına çalışan şəxs kimi tanınır. Heydər Əliyev bildirib ki, Qazaxıstanla müştərək taleyimiz, tariximiz olub. Mən 26 il sonra demək istəyirəm ki, Heydər Əliyevin bütün ideyaları həyata keçib. Bu il Astanada Heydər Əliyevin adına yeni küçə açılıb. Bu küçənin açılma mərasimində Qazaxıstan Prezidenti qeyd etdi ki, dünya miqyaslı siyasətçinin xatirəsini əziz tutmaq bizim borcumuzdur. Prezident İlham Əliyevin apreldə Qazaxıstana səfəri ilə ölkəmizdə Heydər Əliyevlə bağlı bir sıra tədbirlərə start verildi, telekanallarımızda Heydər Əliyev həsr olunmuş film göstərdi. Azərbaycan Türk dünyasının mərkəzlərindən biridir. Heydər Əliyevin Türk xalqlarının birləşməsində böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub”.

Qazaxıstan Parlament Məclisinin Sədri vurğulayıb ki, bu gün Azərbaycan uğurla inkişaf edir: “Azərbaycan ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar əldə edəcək”.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər