Saytımızı qiymətləndirin


 
 

DİN-dən kibercinayətkarlıqla bağlı MÜRACİƏT
Tarix: 11-05-2023 | Saat: 15:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

DİN-dən kibercinayətkarlıqla bağlı MÜRACİƏT

 

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

 

Bu barədə Qarabaqinfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

 

Nazirlik vətəndaşlara müraciət edərək, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb.

 

"Vətəndaşlar kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər" - deyə müraciətdə qeyd olunub. modern.az



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər