Tarix: 21-06-2022 | Saat: 19:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ölkələrin tək başına miqrant və qaçqın məsələlərini həll etməsi çətindir, bu məsələdə daha sıx əməkdaşlığa və birliyə ehtiyac var.
Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qlobal Parlament Konfransının bağlanış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkələr burada sadəcə maddi yardım ayırmaqla kiyafətlənməməli, həm də miqrantların yerləşmə məsələsində kvotaları artıraraq ədalətli bölgü aparmalıdır. M. Şentop qaçqın və miqrantlara qarşı ayrı-seçkiliyin də yolverilməz olduğunu vurğulayıb.
Türkiyə parlamentinin sədri qanunsuz miqrasiya və insan alveri ilə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini əlavə edərək, bir çox Qərb dövlətlərin miqrasiya problemində görməzdən gəldiklərini, ikili standartlar sərgilədiklərini qeyd edib.
Digər xəbərlər