Saytımızı qiymətləndirin


 
 

Staja görə əlavə alanların pensiyası yeni qaydada hesablanacaq
Tarix: 30-09-2022 | Saat: 16:09
Bölmə:Karusel | çapa göndər

 

Staja görə əlavə alanların pensiyası yeni qaydada hesablanacaq

Qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyası yeni qaydada hesablanacaq.

Bu, parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təklif olunan dəyişikliyə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər