Saytımızı qiymətləndirin


 
 

Azad olunmuş ərazilərdə bu ildən 10-a yaxın məktəb fəaliyyət göstərəcək
Tarix: 10-09-2024 | Saat: 13:58
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində də məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək”.

Bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazir qeyd edib ki, Suqovuşon və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq:

“2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.



Xəbəri paylaş

74 dəfə oxunub.

Digər xəbərlər