Saytımızı qiymətləndirin


 
 

Kralın tacqoyma mərasimindən maraqlı GÖRÜNTÜLƏR
Tarix: 06-05-2023 | Saat: 21:09
Bölmə:Karusel / Dünya | çapa göndər

Kralın tacqoyma mərasimindən maraqlı GÖRÜNTÜLƏR

 

Xəbər verdiyimiz kimi, Londondakı Vestminster abbatlığında Britaniya kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, İngiltərə kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi Müqəddəs Eduardın tacını III Çarlzın başına qoyub və yüksək səslə "Allah kralı qorusun!" deyib.

 

Tacqoyma mərasimindən sonra III Çarlz taxta çıxıb. Mərasimdə həmçinin III Çarlzın həyat yoldaşı Kraliça Kamilla da tac qoyub. Tacqoyma mərasimi üçün 1911-ci ildə hazırlanmış Kraliça Məryəmin tacından istifadə edilib.

 

Mərasimdən sonra kral korteji Vestminsterdən ayrılıb. Onları digər kortejdə Uels şahzadəsi Uilyam, həyat yoldaşı Keyt və uşaqları Corc, Lui və Şarlotta, eləcə də kral ailəsinin digər üzvləri izləyib. Kortej abbatlıqdan Bukinqem sarayına doğru hərəkət edib. Yürüşlə yanaşı, hərbi parad da başlayıb. Böyük Britaniya Müdafiə Nazirliyi ölkə üzrə tacqoyma mərasimlərində 7000 nəfərin iştirak etdiyini bildirib.(Modern.az)

124157712415791241580

12415741241575124157612415811241582

1241585



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər